
İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. O, 1980-1990-cı illərdə Qardabani şəhərində tam orta məktəbdə təhsil alıb.
Birinci Qarabağ müharibəsinin yeni-yeni alovlandığı 1991-ci ildə İ.Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) verib və avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) qəbul olub. 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib.
O, 1995-ci il iyunun 17-dən 1995-ci il noyabrın 12-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin kursantlar tağımının komandiri, 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin tank artilleriya kursantları tağımının komandiri vəzifəsində, 1997-ci il martın 3-dən 1998-ci il yanvarın 20-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin kursantlar taborunun kursantlar bölüyünün tağım komandiri, 1998-ci il yanvarın 20-dən-1998-ci il noyabrın 11-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin kursantlar taborunun kursantlar bölüyünün komandiri vəzifəsində xidmət edib. Qüsursuz xidmətinə görə ona Müdafiə Nazirliyinin 19 oktyabr 1997-ci il tarixli əmrinə əsasən baş leytenant rütbəsi verilib.
İ.Mirzəyev 1998-ci il noyabrın 11-dən-2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının komandiri vəzifəsində xidmət edib. Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən kapitan rütbəsi alıb.
2001-ci ildən başlayaraq isə İ.Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edib. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər "N" saylı hərbi hissənin qərargah rəisi və haubitsalı artilleriya diviziyası komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya diviziyasının komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev, Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən mayor rütbəsi alıb.
O, 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilib. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub.
Təhsilini başa vurduğdan sonra mayor İ.Mirzəyev, 2005-ci il iyulun 2-dən 2007-ci il yanvarın 7-nə qədər "N" saylı hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edib. Daha sonra isə o, 4 il ərzində - 2007-ci il yanvarın 7-dən - 2011-ci il iyulun 29-na qədər "N" saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi - qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsini tutub.
2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev, 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər "N" saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsini yerinə yetirib. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona polkovnik rütbəsi verilib.
2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.
Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin komandiri olan İ.Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərə qatılıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilib və 7 strateji nöqtə işğaldan azad olunub.
İ.Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir.
İyulun 14-də günorta saatlarında İ.Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə minlərlə insanın izdihamı ilə evinə gətirilib. O, II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İ.Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Şəhid polkovnikin Elvin adlı oğlu və Gülnarə adlı qızı yadigar qalıb.
- 15:02 “Nağıl günü” adlı tədbir keçirilib
- 14:36 Azərbaycanlı artistlər Karaqandada keçiriləcək “DosStar” festivalında çıxış edəcəklər
- 14:19 "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası Türkiyədə səhnələşdiriləcək
- 11:36 Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
- 10:54 Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması münasibətilə görüş keçirilib
- 09:53 Bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür
- 14:22 Bakıda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək
- 12:20 Gənclər Kitabxanasında “Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası hazırlanıb
- 09:18 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək
- 09:13 Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başlayıb
- 12:30 Film layihələrinin pitçinq mərhələsinə start verilir
- 12:13 Suraxanı rayon Heydər Əliyev Mərkəzini rayon sakinləri ziyarət ediblər
- 11:45 Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
- 00:09 Gənc müğənnilər Səbinə Əskərova və Sənan Əliyevin konserti keçirilib
- 16:46 Xətai rayonunda II Kəlağayı Festivalı təşkil olunacaq
- 14:36 “Balaca qəlblərlə böyük irsə səyahət” adlı tədbir keçirilib
- 14:30 Mədəniyyət naziri Şəmkirdə dörd rayondan sakinlərin müraciətlərini dinləyib
- 10:41 Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür
- 10:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:03 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:35 “Sierra” avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi ilə bağlı onlayn görüş
- 15:50 “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” adlı dəyirmi masa keçirilib
- 15:06 Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb
- 14:04 Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub
- 12:41 Kino Agentliyində növbəti görüş
- 12:05 Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasından 90 il ötür
- 09:19 “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub
- 09:17 Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
- 12:18 Bu gün Xalq artisti Tofiq Tağızadənin vəfatından 27 il ötür
- 12:04 Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olunub
- 12:01 Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı
- 11:16 Bu gün dramaturq Seyfəddin Dağlının doğum günüdür
- 10:07 Yasamal rayon Heydər Əliyev Mərkəzini turistlər ziyarət ediblər
- 09:31 Laçın Şəhəri Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub
- 17:11 Laçında tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb
- 15:28 Milli Kitabxananın yeni sərgiləri
- 15:09 MEK “Humanizm və inkişaf missiyası” adlı ənənəvi kitab sərgisini təqdim edir
- 14:04 Laçında “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə keçirilib
- 13:54 Qala Qoruğunda Xalq rəssamı Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi açılıb
- 10:25 Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür
- 09:44 Bu gün Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür
- 09:35 IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub
- 09:33 Bu gün Laçın Şəhəri Günüdür
- 09:16 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür
- 16:08 Azərbaycanlı tarzənin konserti Almaniyanın ARTE telekanalında nümayiş olunub
- 14:12 Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə sərgi açılıb
- 11:48 “Azad torpaqlarda qadınların və uşaqların xoşbəxt gələcəyi” mövzusunda tədbir keçirilib
- 11:43 “Tıq-tıq xanımın sərgüzəştləri” adlı kukla tamaşası nümayiş olunub
- 11:40 Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür
- 09:28 Türkiyədə keçirilən “Kültür yolu” festivalında Azərbaycan təmsil olunub
- 09:24 Milli Kitabxanada Beynəlxalq Azərbaycan Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:23 Laçında MDB gəncləri bir araya gəlir!
- 10:37 “Musiqili Bakı” layihəsi çərçivəsində növbəti konsert keçirilib
- 15:35 Milli Kitabxanada Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə tədbir keçirilib
- 14:13 Yubilyar müəlliflər Milli Kitabxanada onlara həsr edilən sərgilərlə tanış olublar
- 10:02 Bu gün Əməkdar artist Aygün Bəylərin anadan olmasının 50 ili tamam olur
- 09:55 “Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafik göstərici çapdan çıxıb
- 15:48 Milli Kitabxanada akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr olunmuş sərgi açılıb
- 15:04 Bakı şəhərində bir sıra musiqi və incəsənət məktəblərinə yeni direktorlar və direktor müavinləri təyin olunub
- 11:46 Maestro Niyazinin xatirəsinə həsr olunan konsert keçirilib