Qaradağ rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
Noyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə dəyirmi masa keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Təranə İsmayılova bildirib ki, inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunur. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Sonra çıxış edən İctimai-siyayi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Konstitusiyamızın hazırlanmasında və qəbul olunmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, zəhməti olduğunu qeyd edərək, Ulu Öndərin Azərbaycanın hərtərəfli tərəqqisinə yönəlmiş müdrik dövlətçilik siyasətinin mühüm tərkib hissəsi kimi yeni Konstitusiyanın qəbul edilməsinin ölkəmizin həyatında, gələcəyində müstəsna əhəmiyyətli hadisə olduğunu qeyd edib.
Sonda digər çıxış edən natiqlər Azərbaycan Respublikasının Konstitusiyasında edilmiş dəyişikliklər barədə iştirakçıların diqqətinə çatdıraraq gənclərin konstitusiyanı daha mükəmməl öyrənmələrini tövsiyə ediblər.