az
Bütün xəbərlər

Latviyalılara düşbərənin hazırlanma qaydası izah olunub

7-11-2018, 09:39
Latviyalılara düşbərənin hazırlanma qaydası izah olunub


Latviyanın www.delfi.lv portalında oxuculara Azərbaycanın milli mətbəx incilərindən olan düşbərə barədə məlumat verilib.

Yazıda düşbərənin hazırlanma qaydası izah olunur.

Məqalədə bildirilir ki, xəmir yeməyi olan düşbərənin ən böyük özəlliyi onun ölçüsünün çox kiçik olmasıdır. Buna görə də məhz bu yeməyi kişilər bişirməyi sevmir, çünki o, böyük zəhmət və səbir tələb edir. Hətta Azərbaycanda belə bir məsəl var ki, bir qaşığa nə qədər çox düşbərə yerləşərsə, onu bişirən ev sahibəsi də bir o qədər bacarıqlıdır.

baku-art.az
Oxunma sayı : 85