az
Bütün xəbərlər

Qaradağ rayon Heydər Əliyev Mərkəzinə növbəti ekskursiya təşkil olunub

6-11-2018, 14:55
 Qaradağ  rayon Heydər Əliyev Mərkəzinə növbəti ekskursiya təşkil olunub


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzinə Çin Xalq Respublikasının Liaoninq əyalətinin Şenyanq şəhərindən xarici vətəndaşların ekskursiyası olub.

Mərkəzin ekspozisiya zalı ilə tanış olan qonaqlara Ulu öndərin şərəfli həyat yolu və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən fotostendlər haqqında məlumat verilib.

Heydər Əliyevin uşaqlıq və gənclik illərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızda sosial iqtisadi inkişafı və digər sahələrdə reallaşdırdığı tədbirlər, 1993-cü ildə xalqımızın təkidi tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında gördüyü quruculuq işləri qonaqların nəzərinə çatdırılıb.

Sonda qonaqlar Mərkəzin Elektron kitabxanası ilə tanış olublar və ürək sözlərini Mərkəzin Xatirə dəftərinə qeyd ediblər.

baku-art.az

 Qaradağ  rayon Heydər Əliyev Mərkəzinə növbəti ekskursiya təşkil olunub

 Qaradağ  rayon Heydər Əliyev Mərkəzinə növbəti ekskursiya təşkil olunub

 Qaradağ  rayon Heydər Əliyev Mərkəzinə növbəti ekskursiya təşkil olunub
Oxunma sayı : 143