az
Bütün xəbərlər

“Bəla” filminin təqdimat mərasimi keçirilib

5-11-2018, 12:18
“Bəla” filminin təqdimat mərasimi keçirilib


Narkomanlığa qarşı mübarizəyə dair işlərin görülməsi, əhalinin və xüsusilə gənclərin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı həkim-yazıçı Asif Kəngərlinin pyesi əsasında çəkilmiş “Bəla” filminin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi noyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində baş tutub.

“Aqra” Elminin İnkişafına Dəstək İctimai Birliyinin maliyyə dəstəyi ilə əsasən Bakı Uşaq Teatrının yaradıcı və texniki heyətinin gücü ilə ərsəyə gəlmiş “Bəla” film-tamaşasının quruluşçu rejissoru İntiqam Soltan, bəstakarı Mahir İbrahimov, rəssamı Sevda Məmmədovadır.

Təqdimat mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin deputatı Fazil Mustafa, İdman Nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, QHT-lərə dövlət dəstəyi şurasının sədri Azay Quliyev, Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev və digər ictimaiyyət nümayəndələri, ziyalılar və tanınmış kino xadimləri iştirak ediblər.

baku-art.az

“Bəla” filminin təqdimat mərasimi keçirilib

“Bəla” filminin təqdimat mərasimi keçirilib

“Bəla” filminin təqdimat mərasimi keçirilib

“Bəla” filminin təqdimat mərasimi keçirilib

“Bəla” filminin təqdimat mərasimi keçirilib

“Bəla” filminin təqdimat mərasimi keçirilib


“Bəla” filminin təqdimat mərasimi keçirilib
Oxunma sayı : 273