Yasamal rayon MKS-nin 2 saylı filialında milli qəhrəmanlara həsr olunmuş tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin 2 saylı filialında oxucularla birlikdə milli qəhrəmanlara həsr olunmuş tədbir keçirilib.
Tədbirdə P.Qarayeva iyun ayında doğulan qəhrəmanlarımızdanSəfa Axundov, Cavanşir Rəhimov, Əlif Hacıyev, Ruslan Muradov haqqında söhbət açaraq onların hər birinin tariximizdə bir səhifə açıb getdiklərini vurğulayıb.
Bildirilib ki, qəhrəmanlar bizə əziz olan insanlar sırasında mərdlikləri və qorxmazlıqları ilə özləri yer qazanıblar. Bu gün var olduğumuz üçün onlara borcluyuq.
Tədbirin sonunda qəhrəmanlara aid guşəyə baxış keçirilib.