az
Bütün xəbərlər

Novruz bayramı münasibətilə “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

19-03-2018, 12:23
Novruz bayramı münasibətilə “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

Martın 16-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evinin, Suraxanı rayon MKS-nin 3 saylı filialının və Suraxanı rayon İcra Hakimiyyətinin Zığ qəsəbə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib.

Milli adət-ənənələrimizə uyğun şəkildə bəzədilmiş zalda qədim misgərlik məmulatları, məişətdə istifadə olunan mis qablar, müxtəlif əşyalar sərgiləndi. Həmçinin mədəniyyət evinin və kitabxananın xanım işçiləri novruz atributlarından biri olan şəkərbura hazırlayıblar.

İlk öncə bahar qız şənliyə daxil oldu. Hər kəsi salamladı və bayram münasibətilə ürəkdən təbrik etdi İşçirakçılarla bir yerdə rəqs etdi. Tədbir daha sonra mədəniyyət evinin “Qaytağı” rəqs qrupunun, Səlimə Nəbiyevanın, Nailə Dadaşovanın və Minayə Əliyevanın rəqsləri, Ələsgər balayevin, Nuranə Qədirovanın, Fatimə Hüseynovanın ifa etdikləri mahnılar, “Köhnə Bakı” ansamblınin ifasında şən musiqi nömrələri bayram şənliyini daha da rəngarəng etdi. Novruz bayramının əsas personajları olan Kosa və Keçəlin tədbirə qatılması hər kəsi, xususəndə uşaqları çox sevindirdi. Şən personajların bir-birindən maraqlı oyunları, müsabiqələri zarafatları, mahnı oxuyub rəqs etmələri şənliyin şən əlval-ruhiyyədə keçməsinə səbəb olub.

Tədbir “Yallı” rəqsi ilə başa çatıb.

baku-art.az

Oxunma sayı : 235