G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində 20 yanvar faciəsinin 28 - ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində 20 yanvar faciəsinin 28 - ci ildönümü ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qadınlar şurası ilə birlikdə tədbir keçirilib.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimli və məktəbin direktoru Əməkdar müəllim Yusif Vəliyev çıxış edərək 20 yanvar faciəsinə siyasi qiymət verilməsində Ulu öndər Heydər Əliyevin rolu və ölkə prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən qayğı və ehtiramdan söz açıblar.
Nərimanov rayon 291 saylı Ekologiya litseyinin şagirdləri tərəfindən hazırlanmış kompozosiya və musiqi məktəbi şagirdlərinin ifasında tematik musiqilər səslənib.