az
Bütün xəbərlər

“Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı Lənkərana həsr ediləcək

3-06-2016, 17:09
“Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı Lənkərana həsr ediləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edən “Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı Lənkəran rayonuna həsr olunacaq.

Tədbir Lənkəran Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə 6 iyun tarixində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19.00-da keçiriləcək.

Təqdimat zamanı teatrın foyesində Lənkəran rayonunun tarixi-mədəni irsini, bugünkü inkişafını, sosial-iqtisadi nailiyyətlərini, turizm imkanlarını əks etdirən sərgi nümayiş olunacaq, rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri təqdim ediləcək.

Tədbirdə Lənkəran incəsənət ustalarının çıxışları da olacaq.

baku-art.az
Oxunma sayı : 776