XƏBƏRLƏR
MƏLUMAT
“Zəfərin Füzuli zirvəsi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/10/2023 15:24

Oktyabrın 17-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Füzuli şəhəri gününə həsr olunmuş “Zəfərin Füzuli zirvəsi” adlı tədbir keçirilib.

İlk öncə qonaqlar Mərkəzin muzey bölməsi ilə tanış olublar.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin əziz   xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Füzuli rayonunun tarixi və işğaldan azad olunduqdan qısa müddət sonra rayonda aparılan yenidənqurma işləri haqqında məlumat verilib. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Füzuli zəfəri hərb tariximizə qızıl hərflərlə yazılıb.

Sonra Yasamal rayon 175 və 176 nömrəli tam orta məktəblərin şagirdləri Vətən müharibəsinə həsr olunmuş şeirlərlə çıxış ediblər.

Tədbirdə həmçinin Füzuli rayonunun işğaldan azad olunmasına həsr olunmuş “Böyük qayıdış” adlı mühazirə oxunub.

Sonda 17 oktyabr 2020-ci il tarixində Gəncə şəhərində mənfur düşmən tərəfindən törədilmiş növbəti terror aktı nəticəsində həyatını itirən dinc sakinlərimizin əziz xatirəsinə həsr olunmuş film nümayiş olunub.

Baxış sayı: 298