XƏBƏRLƏR
MƏLUMAT
TÜRKSOY-un Baş katibi Bütün Türk dövlətlərinin iştirakı ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi çəkiləcək
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2024 16:49

TÜRKSOY-a üzv ölkələrin dəstəyi ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı bədii film çəkiləcək. Bu layihə Türk dünyası tarixində bir ilkdir. Bütün Türk dövlətləri bu layihədə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri TÜRKSOY-un Baş katibi Sultan Raev “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin çəkiliş prosesi ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu ilin yanvarında filmin istehsalına hazırlıqla bağlı Bakıda TÜRKSOY-a üzv ölkələrin əlaqədar qurumlarının nümayəndələrinin koordinasiya toplantısı keçirilib və ekran əsərinin istehsalı ilə bağlı müzakirələr aparılaraq razılaşmalar əldə edilib.

“Filmin çəkilişləri Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda aparılacaq”, - deyə Baş katib əlavə edib.

Baxış sayı: 118