XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanın “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar layihələri davam edir
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2024 12:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsində Dağıstan Respublikasının yazıçıları da iştirak edir.

Uşaq və yeniyetmələr üçün “Orlyonok-Dağıstan” (“Орлёнок-Дагестан”) respublika qəzetinin məsul katibi, Rusiya Yazıçılar İttifaqının üzvü, yazıçı Lyubov Ostrevnayanın “Təmbəl və çay” nağılını layihəyə təqdim edib.

Müəllif nağılda iqlimin dəyişməsinin ətraf mühidə mənfi təsirini göstərir. O, əməksevərliyə və insan kimi küsə bilən təbii sərvətlərə, dağlara, ağaclara, çay və dənizlərə qayğı ilə yanaşmağa çağırır. Nağılçının insanlara daha bir tövsiyəsi – nəfəs aldığınız havanın qayğısına qalmaqdır.

Oxucular aşağıdakı keçidə daxil olaraq nağılı oxuya bilərlər:

https://drive.google.com/file/d/1ZbEBz3H3wMNz0sJwY7ZiNASLrKvH7iY9/view?usp=sharing.

Baxış sayı: 136