XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2024 15:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adina 3 nömrəli Onbirillik Musiqi Məktəbində unudulmaz bəstəkar,  Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib .

Yubiley gecəsində bəstəkarın ömür yoluna nəzər salınıb.  Bildirilib ki, Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. Operaları, musiqiləri yalnız Azərbaycanda deyil, bütün dünyada ona şöhrət gətirib.

Sonra bəstəkara həsr olunan videoçarx nümayiş etdirilib.

Konsert zamanı Şəfiqə Axundovanın  “Gəlin qayası” operasından  və digər əsərlərindən fraqmentlər təqdim olunub, məktəbin muəllim və şagirdlərinin ifasında dahi bəstəkarın  əsərləri səsləndirilib.

Tədbir xanəndə sinfinin şagirdlərinin ifasında  "Mehriban olaq" mahnısı ilə başa çatıb.

Baxış sayı: 312