XƏBƏRLƏR
MƏLUMAT
Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2024 11:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

İlk olaraq dahi şairin həyat və yaradıcılığına qısa səyahət edilib və zəngin bədii irsi haqqında məlumat verilib.

Tədbirin bədii hissəsində məktəb şagirdlərin ifasında qəzəllər səsləndirilib, 24 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri isə musiqi nömrələri ilə çıxış ediblər. Həmçinin, Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” adlı alleqorik əsəri, eləcə də “Leyli və Məcnun” əsərindən səhnəciklər nümayiş olunub.

Sonda kitabxana əməkdaşlarının hazırladığı videoçarx nümayiş etdirilib.

Baxış sayı: 196