XƏBƏRLƏR
MƏLUMAT
“Zəfərə gedən yol” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2023 11:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər iştirak ediblər.

Qonaqlar ilk öncə Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib əziz xatirəsini yad ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad olunması ilə açıq elan edilib.

Çıxış edənlər Vətən müharibəsində qazanılan zəfərdən, bu zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidlərimizdən söhbət açıblar.

Sonra Zəfər gününə həsr olunmuş film nümayiş olunub.

Həmçinin tədbirdə iştirak edən şəhid anaları çıxışlarında şəhid övladlarının qısa  və şərəfli ömür yolundan qürurla bəhs ediblər.

Baxış sayı: 418