XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı Zahid Xəlil ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/03/2024 16:16

Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlil ilə görüş keçirilib.

Görüş zamanı Zahid Xəlilin ədəbi fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, yazıçı yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edib. Vurğulanıb ki, Zahid Xəlilin şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, vətəni sevmək, doğru danışmaq və bu kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir.

Sonra görüşdə iştirak edən Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında müəllifin şeirləri səsləndirilib, hekayələri əsasında tamaşalar, maraqlı kompozisiyalar təqdim edilib.

Baxış sayı: 148