XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı-publisist Gülarə Munisin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/12/2023 16:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində kitabxananın Fəxri oxucusu, şair, qəzəlxan, yazıçı-publisist Gülarə Munisin 70 illik yubileyinə həsr olunmuş “Ulu Öndər ədəbiyyatımızın hamisidir”  adlı yaradıcılıq gecəsi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Sonra çıxış edənlər şairə Gülarə Munisin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Şərqdə Azərbaycan türkcəsində iki "Divan" kitabı yazan ilk qadın şairdir. Birinci "Divan" kitabı 2007-ci ildə, "İkinci Divan" kitabı isə 2023-cü ildə nəşr olunub. Gülarə Munis çoxsaylı şeirlərin, qəzəllərin, qəsidələrin, nağıl, hekayə, oçerk, esse, mənsur şeirlərin, povestlərin müəllifidir. 

Gülarə Munis çıxışında yaradıcılığından söhbət açıb, Ulu Öndərə həsr etdiyi əsərlərindən danışıb, xatirələrini bölüşüb.

Sonra yazıçı-publisist Gülarə Munisin 70 illik yubileyi ilə əlaqədar ona Baş İdarənin və Yasamal rayon MKS-nin Fəxri Fərmanları təqdim edilib.

Sonda tədbir bədii hissə ilə davam edib.

Baxış sayı: 292