XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-i “Nağıl saatı” keçirib
ÜMÜMİ XƏBƏRLƏR
09/01/2024 12:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Balaca alim” uşaq bağçasında “Nağıl saatı” keçirib.

Mərkəzi Kitabxananın əməkdaşı uşaqları yeni nəşr olunmuş nağıl kitabları ilə tanış edib, onlara sevimli nağıl qəhrəmanları haqqında maraqlı məlumatlar verib. 

Sonra nağıl otağında balacalara “Nağıl parkı” kitabından maraqlı, ibrətamiz nağıllar səsləndirilib.

Baxış sayı: 241