XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/12/2023 11:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib. Sonra tədbir iştirakçıları Mərkəzin muzey bölməsi ilə tanış olublar.

Tədbir zamanı əlamətdar günün yaranmasından danışılıb, bu bayramın milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyi bildirilib.

Daha sonra “Heydər Əliyev və Dünya Azərbaycanlılarının Həmrəyliyi” adlı mühazirə dinlənilib.

Sonda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş film təqdim olunub.

Baxış sayı: 383