XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Müasir, müstəqil və qalib Azərbaycan” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2023 09:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müasir, müstəqil və qalib Azərbaycan” adlı tədbir keçirilib.

Qonaqlar öncə Mərkəzin Muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsini yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin   əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxış edənlər 18 oktyabr -Müstəqilliyin Bərpası Gününün  tarixindən  bəhs edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımların Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olduğunu qeyd ediblər. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məğlubedilməz ordumuzun qələbəsinin müstəqilliyimizin ən parlaq qələbəsi olduğu vurğulanıb.

Sonda “Azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyevin rolu” adlı məruzə dinlənilib.

Baxış sayı: 236