XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2023 08:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 sentyabr-Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi ilə başlayıb.

Daha sonra Mərkəzin əməkdaşı çıxış edərək mövzu haqqında ətraflı məlumat verib. Bildirib ki, 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunmağa başlayıb.

Tədbirin bədii hissəsində K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi nümunələri təqdim olunub.

Sonda Milli Musiqi Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Baxış sayı: 205