XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və xalqın azadlıq tarixi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/11/2023 11:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində 17 noyabr-Milli Dirçəliş Gününə həsr olunmuş “Heydər Əliyev və xalqın azadlıq tarixi” adlı tədbir keçirilib.

İlk öncə Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib. Sonra tədbir iştirakçıları Mərkəzin muzey bölməsi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə azadlıq mübarizəsinin əsas mərhələsi olan Dirçəliş Günü haqqında məruzə dinlənilib. Bildirilib ki, milli azadlıq hərəkatımızın başlanğıcı kimi qiymətləndirilən 17 noyabr - Dirçəliş Günü illərlə azadlıqdan məhrum edilən, XX əsrin əvvəllərində isə istiqlaliyyət dadan xalqın etiraz səsini ucaltdığı günlərdən biridir.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub.

Baxış sayı: 290