XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/11/2023 11:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

İlk öncə qonaqlar Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra “Milli Dirçəlişdən müstəqilliyə gedən yol” adlı mühazirə dinlənilib. Mühazirədə Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs edilib, ölkəmizdə gedən inkişaf prosesindən danışılıb.

Sonda Milli Dirçəliş Gününə həsr olunmuş film nümayiş olunub.

Baxış sayı: 284