XƏBƏRLƏR
MƏLUMAT
“Yaradıcı oxucularımız” layihəsinə yeni şeirlər təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
14/12/2023 12:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir.

Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynov öz şeirlərini təqdim edib.

Müəllif “Onsuzda gedənin var bəhanəsi” və “Sənin üçün çox qorxuram, əzizim” şeirlərində gah acizəm bəxtsizlər kimi deyərək itən eşqini qaytarmaq istəyən, gah da sevgilisinin inciməsindən, yorulmasından, dərdinin olmasından qorxan lirik qəhrəmanın obrazını yaradır.

 

Baxış sayı: 329