XƏBƏRLƏR
MƏLUMAT
“Yaradıcı oxucularımız” lahiyəsi uğurla davam edir
ÜMÜMİ XƏBƏRLƏR
01/03/2024 16:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” lahiyəsi uğurla davam edir.

Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, H.B.Zərdabi mükafatçısı, Prezident təqaüdçüsü Gülzar İbrahimova “Mən böyüdüm, sən də böyü...” adlı povestini təqdim edib. 

Povest Kahramanmaraş zəlzələsində (6 fevral 2023-cü il) faciə yaşamış uşaqlara, zəlzələ zamanı inşa etdiyi binaların heç biri dağılmamış tikinti mühəndisi Hasan Oktaya həsr olunub.

Aşağıdakı keçidə daxil olaraq povest ilə tanış ola bilərsiniz:

https://drive.google.com/file/d/1LBWb_Lxt3TCIADZl-oJ0HM3fNWCkyi-e/view?usp=sharing

Baxış sayı: 194