XƏBƏRLƏR
MƏLUMAT
“Yaddaşlardan silinməyən 20 Yanvar faciəsi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/01/2024 11:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı A. Məmmədov adına 38 nömrəli tam orta məktəblə birlikdə “Yaddaşlardan silinməyən 20 Yanvar faciəsi” adlı tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılar bildiriblər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.

Tədbir zamanı mövzu ilə əlaqədar videoçarx nümayiş olunub, vətənpərvər şair Nazlı Yazar müəllifi olduğu “20 Yanvar - qan yaddaşımız!” şeirini səsləndirib, məktəbin şagirdləri də həmçinin şeirlərlə çıxış ediblər.

Baxış sayı: 236