XƏBƏRLƏR
MƏLUMAT
“Xocalıya qayıdış” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 17:48

Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində  “Xocalıya qayıdış” adlı dəyirmi masa keçirilib.

İlk öncə Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra bildirilib ki, bu gün bütün Azərbaycan xalqı 32 il əvvəl Xocalıda baş vermiş, tarixin ən qəddar etnik təmizləmə və soyqırımı aktını yad edir.

Tədbirdə çıxış edən I Qarabağ müharibəsi veteranı, şəhid atası Şükür Abışov, Xocalı döyüşlərində iştirak etmiş I Qarabağ müharibəsi veteranı İlham Rəsulzadə keçdikləri şərəfli döyüş yolundan, Xocalıda yaşamış və soyqırım zamanı düşmənin hücumuna məruz qalan ailələrin yaşantısından, qəhrəmanlığından bəhs ediblər.

Sonda şagirdlər Xocalı soyqırımına həsr olunmuş filmə tamaşa ediblər.

Baxış sayı: 172