XƏBƏRLƏR
MƏLUMAT
Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş anım tədbirləri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 17:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanası və filiaları Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş anım tədbirləri keçiriblər.

Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin və faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Xocalı soyqırımı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, erməni vandalizminin və vəhşiliyinin qurbanı olan 613 nəfərdən çox dinc, əliyalın Xocalı sakini amansızlıqla qətlə yetirilib, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qeyd edilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb, Azərbaycana məxsus olan torpaqlar işğaldan azad edilib. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Tədbirlərdə həmçinin vətənpərvərlik mövzusunda  şeirlər söylənilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub, sərgilər nümayiş edilib.

Baxış sayı: 186