XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Valeh Kərimovla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/04/2024 17:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, aktyor Valeh Kərimovun 80 illik yubileyi münasibətilə görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aparıcı Valeh Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra, rol aldığı filmlərdən videoçarxlar təqdim olunub.

Sənətkar çıxışında həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollardan bəhs edib. Həmçinin, görüşdə İsi Məlikzadənin  “Gəl qohum olaq” tamaşasından səhnəcik təqdim  edilib.Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Xalq artisti Valeh Kərimovdur.

Sonda tamaşaçılarla səmimi ünsiyyət yaradan Xalq artisti iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Baxış sayı: 147