XƏBƏRLƏR
MƏLUMAT
“Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/11/2023 12:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filialları “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirib.

1 nömrəli kitabxana filialı 147 nömrəli Texniki-Humanitar Liseydə, 3 nömrəli kitabxana filialı 158 nömrəli tam orta məktəbdə və  4 nömrəli kitabxana filialında “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər təşkil edilib.

Tədbirlər zamanı Azərbaycanda “Uşaq Hüquqları Aylığı”nın keçirilməsinin vacib məsələ olduğu qeyd edilib. Bildirilib ki,  uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı və hərtərəfli qayğı ilə əhatə olunması dövlətin başlıca prinsiplərindəndir.

Qeyd olunub  ki, son illərdə uşaqların hüquqların müdafiəsi, onların sağlamlığının möhkəmləndirilməsi, müasir tələblər səviyyəsində təhsil alması üçün ölkəmizdə bir çox tədbirlər həyata keçirilib.

Həmçinin tədbirlər zamanı Uşaq hüquqlarına həsr olunmuş videoçarxlar təqdim olunub.


Baxış sayı: 351