XƏBƏRLƏR
MƏLUMAT
Uşaq bağçasında “Məlumat saatı” keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/02/2024 17:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası uşaqlar üçün mütəmadi olaraq “Məlumat” və “Nağıl saat”ları keçirir, müxtəlif tədbirlər təşkil edir.

Növbəti dəfə “Balaca alim” uşaq bağçasında rus yazıçısı Vitaliy Biankinin 130 illik yubileyi ilə əlaqədar “Məlumat saatı” keçirilib. ”Məlumat saatı”nda uşaqlar V.Biankinin hekayə kitabları ilə tanış olublar.

Sonra kitabxanaçı uşaqlara “Quşların söhbəti” hekayəsini oxuyub.

Baxış sayı: 170