XƏBƏRLƏR
MƏLUMAT
Ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/12/2023 10:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 3 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Ulu Öndərin siyasi hakimiyyətdə olduğu illərdə həyata keçirilən quruculuq, abadlıq işlərindən, müstəqil Azərbaycanın qurulması sahəsində göstərdiyi xidmətlərdən bəhs edilib, “Heydər Əliyev və Təhsil”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və Muzeylərin inkişafı” mövzularında məruzələr dinlənilib.

Çıxışlar zamanı Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyi, bunun nəticəsi olaraq Azərbaycanın mühüm tarixi nailiyyətlərə, qələbələrə imza atdığı vurğulanıb.

Sonda Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş olunub.

Baxış sayı: 329