XƏBƏRLƏR
MƏLUMAT
“Ucadan oxu” saatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/03/2024 10:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı 121 saylı uşaq bağçasında Ümumdünya Ucadan Oxu Gününə həsr olunmuş “Ucadan oxu” saatı keçirib.

Kitabxananın əməkdaşı çıxış edərək, uşaqların nağıl kitabları oxumasının onların tərbiyəsində və xarakterinin formalaşmasında böyük rol oynadığını vurğulayıb.

Sonra kitabxanaçılar uşaqlara “Pambıq bal”, “Turpun nağılı” və “Cik-cik xanım” nağıllarını oxuyublar.

Tədbirin keçirilməsində məqsəd azyaşlı uşaqları kitabxanalara cəlb etmək, mütaliə vərdişi yaratmaqdır.

Baxış sayı: 178