XƏBƏRLƏR
MƏLUMAT
Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
06/04/2024 15:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bu tədris ili üzrə ilk yekun hesabat konserti keçirib.

Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçən konsertdə çıxış edən şagirdlər müxtəlif musiqi alətlərində Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa ediblər.

Konsertdə Respublika və beynəlxalq müsabiqələr laureatlarının eləcə də, kiçik sinif şagirdlərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Baxış sayı: 715