XƏBƏRLƏR
MƏLUMAT
“Təbiəti birlikdə qoruyaq” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/02/2024 17:46

Fevralın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı 38 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti birlikdə qoruyaq” adlı tədbir keçirib.

Çıxışlar zamanı şagirdlərə yaşadığımız dünyanı, ətraf mühiti, ana təbiəti qorumaq haqqında tövsiyələr verilib.Bildirilib ki, son illərdə respublikamızda ekologiyanın qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət göstərilir.

Sonra şagirdlər məktəbin həyətyanı sahəsində abadlıq işləri aparıb, ağaclar əkiblər.

Baxış sayı: 194