XƏBƏRLƏR
MƏLUMAT
“Tarix yazan lider” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/12/2023 12:17

Dekabr 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan lider” adlı tədbir keçirilib.

 Qonaqlar ilk öncə Mərkəzin muzey bölməsində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi anılıb.

Tədbirdə bildirilibki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra  çıxış edənlər Vətən müharibəsindən, şanlı Zəfərimizdən, Azərbaycanın igid oğullarının qəhrəmanlığından bəhs ediblər.

Sonda Prezident İlham Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.

Baxış sayı: 209