XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/09/2023 03:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzi və  Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Suraxanı rayonununun qəhrəman oğullarına həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 44 günlük müharibədə qazanılan uğurlardan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, Ordumuzun qüdrətindən, şəhidlik məqamının ucalığından söhbət açılıb.

Tədbirdə iştirak edən Suraxanı Şəhidlərinin  ailə üzvləri çıxışlarında, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, müqəddəs yolda canlarını fəda edən, bizə böyük Qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıblar. 

Sonda 270 nömrəli tam orta məktəbin şagirdi şəhid analarına həsr olunmuş “Başını dik tut Şəhid anası” şeirini səsləndirib və Suraxanı rayonunun qəhrəman oğullarına həsr olunmuş foto sərgi nümayiş olunub.

Baxış sayı: 309