XƏBƏRLƏR
MƏLUMAT
Şuşanın tanınmış şəxsiyyətlərinə həsr olunmuş videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2024 14:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar olaraq Şuşanın tanınmış şəxsiyyətlərinə həsr olunmuş videoçarx hazırlayıblar.

Videoçarxda Qarabağ xanlığı dövründə yaradıcılıq fəaliyyətləri ilə məşğul olan Əbülfət xan, Cəfərqulu xan,Azərbaycanın elm və ədəbiyyat tarixində özünəməxsus yeri olan Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov,Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Məhəmmədhəsən bəy Vəliyev haqqında məlumatlar əksolunub.

Burada həmçinin Ağabəyim ağa, Gövhər ağa, Xurşidbanu Natəvan və Həmidə Cavanşir haqqında məlumatlar verilib.

Videoçarxı aşağıdakı keçidə daxil olaraq izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=PRt5yqeZylU

Baxış sayı: 154