XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
17/11/2023 15:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə yazıçılar, şairlər öz əsərlərini mütamadi olaraq təqdim edir.

Kitabxananın Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, tanınmış yazıçı, publisist Nüşabə Məmmədli kitabxanya “Evim Vətən, anam xalqımdır!...” hekayəsini təqdim edib.

Yazıçı hekayəsində Səbuhi ilə Şahmarın son döyüşünü ürək ağrısı ilə qələmə alır. Onların qəhrəmanlığı, Vətən sevgisi gənclərimizə örnəkdir. Səbuhi  bütün xalqın övladı oldu. Onun evi Vətən, anası xalq oldu. Milyonlarla insanlar ona oğul dedi, qardaş dedi. Xalqın oğlu oldu, Vətənin oğlu oldu, torpağa döndü torpaq oldu...

Hekayə aşağıdakı keçiddə təqdim olunur:

https://drive.google.com/file/d/1V3RKXzjbktIhc04-qFOCsVxN97AunCgY/view

Baxış sayı: 374