XƏBƏRLƏR
MƏLUMAT
Səmərqənd “MDB-nin mədəniyyət paytaxtı” statusunu qəbul edib
ÜMÜMİ XƏBƏRLƏR
05/04/2024 15:57

Özbəkistanın qədim Səmərqənd şəhəri “MDB-nin mədəniyyət paytaxtı” statusunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Özbəkistanın bu şəhərinin Musiqili Dram Teatrında “Səmərqənd – 2024-cü ildə Birliyin mədəniyyət paytaxtı” proqramının açılış mərasimi keçirilib.

Mərasimdə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Səmərqənd şəhərinin yeni statusunu təsdiq edən daimi sənədi şəhər rəhbərliyinə təqdim edib.

Teatrın səhnəsində Rusiya, Belarus, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın yaradıcı kollektivləri tərəfindən musiqi nömrələri təqdim olunub.

Şəhərə paytaxt statusu Birliyin Dövlət Başçıları Şurasının qərarı ilə verilib. “Birliyin Mədəniyyət Paytaxtları” proqramına 2010-cu ildə start verilib və fəxri status hər il MDB şəhərlərindən birinə verilir. Ötən il MDB-nin mədəniyyət paytaxtı Sankt-Peterburq olub.

“Səmərqənd - MDB-nin mədəniyyət paytaxtı” proqramı Birlik iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçiriləcək.

Proqrama və statusa uyğun olaraq, 2024-cü ildə Səmərqənd MDB ölkələrinin mədəniyyət və incəsənət xadimlərinin yaradıcılıq görüşləri və qastrol səfərləri, elm və idmançıların çıxışları, vernisaj və sərgilərin keçirilməsi üçün əsas platformaya çevriləcək.

Baxış sayı: 135