XƏBƏRLƏR
MƏLUMAT
Səfirliyin nümayəndələri kitabxananın qonağı olub
ÜMÜMİ XƏBƏRLƏR
14/12/2023 12:07

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirlik administrasiyasının rəhbəri Andrew Berdy və səfirliyin nümayəndələri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının qonağı olublar.

İlk olaraq qonaqlar kitabxananın şöbələri ilə tanış olub, daimi sərgilərə baxış keçiriblər, Bakıda ilk dəfə belə müasir kitabxanada olduqlarını vurğulayaraq xoş təəssüratlarını bölüşüblər.

Görüş zamanı səfirlik administrasiyasının rəhbəri Andrew Berdy kitabxanaya ingilis dilində kitablar hədiyyə edib.

Baxış sayı: 195