XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-də gənc şair Şəhriyar del Gerani ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/02/2024 17:44

Fevralın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında gənc şair Şəhriyar del Gerani ilə görüş keçirilib.

İlk öncə gənc şairin yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Şəhriyar del Gerani çıxışında ədəbiyyat, şeir, çağdaş Azərbaycan və dünya poeziyası, oxucu-yazar münasibətləri haqqında danışıb.

Sonra tanınmış aktyor, bədii qiraət ustası Kamran Yunisin və kitabxana əməkdaşlarının ifalarında şairin şeirləri səsləndirilib.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırıb.

Baxış sayı: 176