XƏBƏRLƏR
MƏLUMAT
“Sağlam həyat – sağlam gələcək” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/02/2024 10:35

Fevralın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Sağlam həyat – sağlam gələcək” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Çıxışçılar gənclərə sağlam həyat tərzini aşılayan tövsiyələr verməklə yanaşı, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi dəyərlərinə, insanların həyatına, sağlamlığına ciddi maneə olduğunu vurğulayıblar. Qeyd olunub ki, düzgün qidalanma, gənclərin idmana cəlb olunması, istedadlarını aşkar edərək onların yaradıcılıq dərnəklərinə istiqamətləndirilməsi ilə asudə vaхtlarının səmərəli istifadə olunmasının təşkili neqativ hallara qarşı mübarizənin ən mükəmməl vasitələrindən biridir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb və hər bir iştirakçıya Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən sertifikat təqdim olunub.

Baxış sayı: 155