XƏBƏRLƏR
MƏLUMAT
“Sağlam həyat – sağlam gələcək” adlı sərgi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
01/09/2023 00:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Parkında “Sağlam həyat – sağlam gələcək” adlı sərgi təşkil olunub.

Gənc rəssamlar canlı olaraq çəkdikləri rəsmlərin mənasını, rəng çalarları, hansı düşüncələr yaratmaq ehtimalı barədə sərgi iştirakçılarına məlumat veriblər.

Sərgi zamanı qeyd edilib ki, əsas məqsəd sağlam həyat tərzini təbliğ etmək, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləməkdir.

Sonda sərgi iştirakçılarına sağlam həyatı aşılayan bukletlər, narkomanlıq, tütün məmulatları, alkoqollu içkilərlə mübarizə üzrə maarifləndirici broşürlər paylanıb.

Baxış sayı: 211