XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
09/04/2024 16:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 180,139 nömrəli tam orta məktəblərin müəllim və şagirdlərinin ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı Ulu Öndər Heydər Əliyevin güclü iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olunmasından danışılıb.

O cümlədən Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqını öz təbii sərvətlərinin tam sahibinə çevirməsindən, ana dilinə dövlət qayğısından, Azərbaycanın parlaq gələcəyi üçün atdığı düşünülmüş və cəsarətli addımlarından bəhs olunub.

Baxış sayı: 131