XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS-i "Dövrünün aynası" adlı icmal keçirib
ÜMÜMİ XƏBƏRLƏR
21/02/2024 09:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 10 nömrəli tam orta məktəbdə yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illik yubileyi ilə əlaqədar "Dövrünün aynası" adlı icmal keçirib.

İcmal zamanı şagirdlərə böyük Azərbaycan yazıçısı və görkəmli ictimai xadimin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, C.Məmmədquluzadə insanları cəhalətdən, nadanlıqdan xilas etmək üçün mübarizə aparıb, öz doğma millətinin inkişafı yolunda böyük əzmlə xidmət göstərib. Ədib Azərbaycan ədəbiyyatına tənqidi realist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və alleqorik dram əsərinin müəllifi, ictimai satiranın yaradıcısı, “Molla Nəsrəddin” jurnalının naşiri kimi daxil olub.

Baxış sayı: 183