XƏBƏRLƏR
MƏLUMAT
Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi
Ünvan:
AZ 1022, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99


Əlaqə telefonu:
(+994 12) 597-25-40
Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi 1937-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsi Mədəniyyət İdarəsinin 7 illik birləşmiş musiqi məktəblərinin tərkibində yaranmışdır.

Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1955-ci il 21 iyun tarixli 566 nömrəli əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət idarəsi birləşmiş musiqi məktəblərinin tərkibindən çıxarılaraq müstəqil fəaliyyət göstərmişdir.

Məktəb Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 17 iyul tarixli 398 nömrəli sərəncamına əsasən 7 nömrəli uşaq musiqi məktəbinin filialının bazasından 21 nömrəli musiqi məktəbi yaradılmışdır.

Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 30mart tarixli 159 nömrəli qərarına əsasən Azərbaycanın görkəmli musiqi və teatr xadimi,milli klassik opera və musiqili komediyanın ilk proffesional ifaçısı,Azərbaycan SSR xalq artisti Hüseynqulu Sarabskinin 100 illiyi ilə əlaqədar onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Hüseynqulu Sarabskinin adı 7 nömrəli uşaq musiqi məktəbinə verilmişdi.


İxtisaslar:
Fortepiano
Nağars
Fleyta
Klarnet
Truba
Xanəndəlik
Vokal
Violin
Tar
Kamança
Balaban
Qanun
Saz
Qarmon