XƏBƏRLƏR
MƏLUMAT
Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi
Ünvan:
AZ 1009, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 78


Əlaqə telefonu:
(+994 12) 492-31-81
Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin fəaliyyəti 1937-ci ildən başlanmışdır.

Bakı şəhər İcra Komitəsinin İdarə arxivindən verilən 1986-ci il 30 iyun tarixli 36/222 nömrəli arayışa əsasən Bakı şəhər İcraiyyə Komitəsinin Mədəniyyət İdarəsinin 7-illik musiqi məktəbləri Birliyinin Əmək haqqı cədvəllərinə görə aşağıdakılar məlumdur:

Məktəb 1937-ci il sentyabr ayından 1939-cu il fevral ayına kimi Dənizçilər klubunun nəzdində Azərbaycan SSR Xalq Komissarlığı Soveti incəsənət işləri üzrə İdarənin tərkibində;

1939-cu il mart ayından - 1939-cu il may ayına qədər Dənizçilər klubunun nəzdində Azərbaycan SSR Xalq Komissarlığı Soveti incəsənət işləri üzrə İdarənin nəzdindəki Musiqi Birliyinin tərkibində;

1939-cu il may ayından 1940-cı il iyul ayına qədər Dənizçilər klubunun nəzdində Bakı Şəhər Xalq Təhsili musiqi məktəbləri Birliyinin tərkibində hesab edilmişdir;

1940-cı ildən 6 saylı Uşaq musiqi məktəbi Bakı şəhər İcra Hakimiyyəti tərkibindədir.

1992-ci il 19 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 7 sentyabr 1992-ci il 198 №-li sərəncamına əsasən 6 saylı Uşaq musiqi məktəbinə Azərbaycan Respublikasının xalq artisti, görkəmli tarzən Əhməd Ağa Məmməd Rza oğlu Bakıxanovun adı verilib.

Musiqi məktəbinin yerləşdiyi bina XX əsrin əvvəllərində «İslamiyyə» adlı mehmanxana olmuşdur. Üzeyir Hacıbəyovun ev-muzeyindən alınmış sənədə əsasən dahi bəstəkar bir müddət burada yaşayıb yaratmışdır. Şərqin ilk operası olan «Leyli və Məcnun»u məhs burada yazmış, onun səhnə quruluşunu hazırlamışdır.

Məktəbə aşağıdakı şəxslər rəhbərlik etmişlər:

Qəzənfər Rəhim oğlu Topçiyev - Azərbaycan Respublikasının «Əməkdar İncəsənət Xadimi» - 1955-1971-ci illərdə məktəbin direktoru təyin olunub.

Talıb Heydərbəy oğlu Səlimxanov 1971-1979-cu illərdə məktəbə rəhbərlik edib.

Cəmilə Məmmədağa qızı Səttarova - Azərbaycan Respublikasının «Əməkdar İncəsənət Xadimi» - 1980-1985-ci illərdə.

1986-ci ildən məktəbə Validə Hüseyn qızı İskəndərova sonra isə Almaz Fəxrəddin qızı Əhmədova rəhbərlik edib.

Hal hazırda məktəbə Rəhimova Sevda İzzət qızı rəhbərlik edir.


İxtisaslar:
Fortepiano
Nağara
Qoboy
Klarnet
Xanəndəlik
Violin
Tar
Kamança
Qanun
Qarmon
Gitara
Fleyta
Saksofon
Vokal