XƏBƏRLƏR
MƏLUMAT
Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi
Ünvan:
AZ 1003, Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Əlizadə küçəsi 5


Əlaqə telefonu:
(+994 12) 491-19-93
Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi 07 sentyabr 1955-ci ildən Bakı şəhər İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin 349/K nömrəli əmriəsasında yaradılmışdır.

2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cövdət Hacıyev xatirəsinin əbədiləşdirilməsi haqqında” 18 fevral 2004-cü il tarixli 887 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 25 fevral 2004-cü il tarixli 50 nömrəli əmri ilə məktəbə görkəmli bəstəkar, Azərbaycan milli simfonizminin banisi Cövdət İsmayıl oğlu Hacıyevin adı verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309s saylı Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi ,incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı” na əsasən Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci il 15 may tarixli 298 saylı Əmri ilə 2012/2013-cü tədris ilindən məktəbdə “xor şöbəsi” açılmış və tədricən xor məktəbinə çevrilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 16.09.2014-cü il tarixli109 nömrəli əmri ilə 7 illik təhsil sistemindən 11 illik təhsil sisteminə keçirilmişdir


İxtisaslar:
Fortepiano
Nağara
Fleyta
Saksofon
Klarnet
Truba
Trombon
Zərb alətləri
Xanəndəlik
Vokal
Violin
Tar
Kamança
Balaban
Qanun
Qarmon
Gitara