XƏBƏRLƏR
MƏLUMAT
Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi
Ünvan:
AZ 1000, Səbail rayonu, R.Behbudov küçəsi, 8


Əlaqə telefonu:
(+994 12) 493-66-88
Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm işlər görən qocaman sənət ocağı Rəşid Behbudov adına 2 №-li Onbirillik musiqi məktəbi arxiv sənədlərindən alınan məlumatlara görə, Bakı şəhərində ilk tədris müəsisələri – 1 və 2№-li musiqi məktəbləri 1931-ci ildə açılmışdır.

2№-li musiqi məktəbinin açıldığı ilk günlərdə burada bir çox müəllimlər fəaliyyət göstərirdi: L.Yeqorova, R.Siroviç, V.Siroviç, R.Gelman, M.Rudolf. O zaman məktəbin müdiri vəzifəsini R.Quliyev icra edirdi.

1940-cı il tarixdən etibarən Fatma Əliəşrəf qızı Səmədova 2№-li musiqi məktəbinə müdir təyin edilib. Onun sayəsində məktəbdə müxtəlif şöbələr yaradılmış, musiqi təhsilinə çoxlu uşaqlar cəlb edilib.

1963-cü ildən 1986-cı ilə kimi məktəbə Zivər İbrahimova rəhbərlik etmişdir.

1986-cı ildən məktəbə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, musiqişunas Qəmər Quliyeva rəhbərlik edir.

1990-ci il fevralın 9-da 2№-li musiqi məktəbinə görkəmli müğənni, dünya şöhrətli sənətkar Rəşid Behbudovun adı verilib. Son illərdə məktəbdə musiqi təhsilinin təkmilləşməsi sahəsində yeni işlər aparılır. 2006-cı ildən etibarən 2№-li musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xətti ilə 2018–ci ilin 11 ayı ərzində məktəbdə əsaslı təmir işləri aparılıb, bütün inventar və avadanlığı yenilənib.

Məktəbdə şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir.


İxtisaslar:
Fortepiano
Violonçel
Nağara
Fleyta
Klarnet
Truba
Zərb alətləri
Violin
Tar
Kamança
Balaban
Qanun
Qarmon
Gitara